Sosial

Bu da bizim təcili yardım helikopterlərimiz (FOTO)

Metbuat.az

Bakı 2015 I Avropa Oyunları zamanı istifadə olunacaq ambulans-helikopterlərin texniki göstəriciləri məlum olub. ANS PRESS-in oxu.az-a istinadla verdiyi məlumata görə, müqaviləyə əsasən, Azərbaycan bir neçə il öncə aldığı AgustaWestland-139 helikopterlərini təcili tibbi yardım xidməti göstərən ambulans-helikopterlər kimi istifadə edəcək.



Dünənki məlumata əsasən, fövqəladə hallarda həmin helikopterlərdən istifadə ediləcək. Onlar artıq hazır vəziyyətdədirlər.



AgustaWestland-139 iki mühərrikli yeni nəsil orta sinfi təmsil edən helikopterlərdəndir.



AW-139 ekonomik göstəricilərə, yüksək uçuş-texniki xüsusiyyətlərə, çoxfunksionallığa və yüksək dözümlülüyə malik olan helikopter sayılır.



AW-139 öz sinfində saatda 311 km sürət yığan yeganə helikopterdir. Helikopter havaya maksimal 6 800 kiloqram çəki ilə uça bilər.



Adıçəkilən helikopter maksimum 15 sərnişini yüksək sürətlə rahat daşıya bilər. Baqaj giriş xaricində, eləcə də helikopter daxilində mümkündür.


AW-139 son tələblərə uyğun hazırlanıb.



Qeyd edək ki, I Avropa Oyunları zamanı Azərbaycana əlavə olaraq 100 təcili yardım maşını gətirilib. Onlardan 95-i Bakıda, 5-i isə Mingəçevirdə istifadə olunacaq.










Mənbə
ANS PRESS