Şou
Mənbə
ANS PRESS
Brilyant 22 milyona satıldı
Nyu-York birjasında 100 karatlıq heç bir qüsuru olmayan brilyant 22 milyon 100 min dollara satılıb.
ANS PRESS xəbər verir ki, bu qiymətli daş Cənubi Afrikada çıxarılıb və xüsusi işlənib. Bunu ötən gün anonim alıcı alıb. Hərrac cəmi 3 dəqiqə çəkib.
Ümumiyyətlə, briliyant daşının içi qüsursuzdur. Onun kəsilməsi və cilalanması bir ildən çox vaxt aparıb. Qoyulan ilkin qiymət 25 milyon dollar olub.
Xatırladaq ki, rekord satış isə 24.78 karatlıq briliyanta məxsusdur. Bu, bir neçə il bundan əvvəl 46 milyon dollara satılıb.
Mənbə
ANS PRESS