Texnologiya

“BMW Group” sürücülər üçün tamamlanmış reallıq eynəklərinin prototipini təqdim edib

Metbuat.az

“BMW Group” şirkəti sürücülər üçün tamamlanmış reallıq eynəklərinin prototipini təqdim edib.


 


“ICTnews” xəbər xidmətinin “

www.novoteka.ru

” saytına istinadən verdiyi məlumata əsasən, alman istehsalçılarına eynəklərin hazırlanmasında “Qualcomm”un mütəxəssisləri kömək edib. Eynəklər isə “Osterhout Design Group”un qurğularına çox oxşayır. Baxmayaraq ki, onlar “BMW”-nin şəxsi “DesignworksUSA” studiyası tərəfindən layihələndirilib.


 


Yeni eynək modeli sürücülərə naviqasiyada, parklamada dəstək olur, görüntünü genişləndirir və avtomobil haqda məlumatı təsvir edirlər.


 


Aynur Vəliyeva