Sosial

Bəzi müştərilər gecə 12-dən sonra gül almaq istəyir (VİDEO)

Metbuat.az

Gül mağazalarına gündüzlər olduğu kimi gecələr də tələbat var.



ANS TV-nin məlumatına görə, güllər, hər bir şad və xüsusi günlərdə yada düşən ilk hədiyyə sayılır. Əlbəttə, xanımlar üçün ən cazibədar və gözəl hədiyyələr içərisində güllərin rolu böyükdür. Fərqi yoxdu, tək halda yaxud da buket formasında. Bir tərəfdən də çiçəklər romantik insanlar və romantik anlar üçün ən əvəzedilməz rola malikdir.



Fəsildən, gündən, aydan aslı olmayaraq onlara təlabat hər zaman var. Paytaxt Baknın elə bir güşəsi yoxdur ki, orada gül mağazasına rast gəlməyəsən. Bu obyektlərin əksəriyyəti təlabata uyğün olaraq gündüz saatlarında işləsə də, elə satış nöqtələri var ki, onlar 24 saat iş rejimində işləyirlər.



Gül mağazasının satıcısı Polad Rzayev 10 ildən artıqdır bu işlə məşğul olduğunu deyir.



"Bu işlə məşğul olmaq üçün gərək, bütün gül növlərinin xüsusiyyətlərini biləsən. Ən əsası isə işinin peşəkarı olasan, həm də xəyal gücün böyük olmalıdır. O ki qaldı gecə işləməyə, bu həm məsuliyyət, həm də səliqə-səhman tələb edir. Gece elə işlər var ki, gündüz o işləri görə bilmirik. Məhz gecələr güllərin suyun dəyişirik. Gündüz müştərilər gəlib-getdiyinə görə bu işləri görə bilmirik. Ad günü, toy - bu kimi tədbirlər günüzlər olduğuna görə müştəri çox olur”.



Əsasən Hollandiya və Ekvadorda yetişdirilən gül növlərini aldıqlarını deyən satıcı, ölkədə becərilən sortların satışını da həyata keçirdiklərini bildirdi. Uzun illərə söykənən bu peşə həvəsi onu artıq peşəkar etdiyini deyir. Son bir neçə ilini gecə güllərlə keçirən müsahibim, bu vaxt ərzində maraqlı və gülməli hallarla rastlaşdığını da deyir:



“Səhər saatlarında bir oğlan gəlib buküt aldı. Sonra axşam xanımı ilə mağazaya gələrək eyni buketi istədi. Xanımı da dedi ki, səhər kimə gül almısan ki, dava elədilər çıxdılar. Gül də almadılar”.



Ən çox qızıl gül növlərinə təlabatın olduğunu deyən müsahibim, mövsümü çiçəklərin çox satıldığını bildirdi. Bunun səbəb isə həm tez hazırlanıb ərsəyə gəlməsi, həm də istənilən məbləğdə gül çeşidinin olmasıdır.



Odur ki, həm əzizləriniz üçün, həm də cibinizə uyğun hədiyyə güldür.



Mənbə
ANS-TV-Ruslan Eldaroğlu