Mədəniyyət

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Milli irs mükafatı” təqdim ediləcək

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Aprel 17-də Azərbaycan Xalça Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təltifetmə mərasimi keçiriləcək.


Nazirlikdən

AZƏRTAC

-a bildirilib ki, mərasimdə, həmçinin “İRS” silsiləsi çərçivəsində Şəkinin maddi və mənəvi irsinə həsr edilmiş “Məftun edən şəhər” adlı kitabın təqdimatı olacaq.


Tədbirdə ənənəvi olaraq, hər il 18 aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə bu sahə üzrə fərqlənmiş şəxslər və təşkilatlar mükafatlandırılacaq.