Mədəniyyət

Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr edilmiş kitab çapa hazırlanır

Metbuat.az

Bakı, 7 aprel, Zərəngiz Mansurova,

AZƏRTAC

İstanbulun Böyükşəhər bələdiyyəsinin Baş mədəniyyət idarəsinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr edilmiş 1000 səhifəlik kitab çapa hazırlanır.


Kitabın tərtibatçısı, AMEA-nın Nizami adina Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad

AZƏRTAC

-a eksküliziv müsahibəsində bildirib ki, kitaba Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı barədə özünün yazdığı monoqrafiyadan əlavə, şairin “Gülüstan”, “Atılmışlar”, “Şəhidlər” poemaları və seçilmiş şeirləri daxil edilib.


Kitabı türkcəyə Mətin Özər uyğunlaşdırıb.


Nəşrə Bəxtiyar Vahabzadənin yaxın dostu, müasir türk poeziyasının tanınmış nümayəndəsi Yavuz Bülənt Bakilər “Ön söz” yazıb.


Bir neçə aydan sonra işıq üzü görəcək kitabın sentyabrda İstanbulda təqdimatı keçiriləcək.