Sosial

Bərdə rayonunda naməlum şəxslər evə basqın edib

Metbuat.az

Kənd sakini, 1965-ci il təvəllüdlü Əliyev Çingiz Əli oğlunun yaşadığı evə 3 nəfər naməlum şəxslər basqın edərək ondan pul və qızıl zinət əşyaları tələb ediblər. Ev sahibi basqın edən şəxslərin istəyini yerinə yetirməyincə soyğunçunlar ev sahibini bıçaqla yaralayıblar. Basqınçılar 50 yaşlı Çingiz Əliyevə baş, bel və qarın boşluqlarına bıçaqla bir neçə zərbə vurublar. Yaralı qonşuların köməkliyi ilə Bərdə rayon Mərkəzi xəstəxanasının travmotologia şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.