Sosial

Belarus Dövlət Universitetitinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Metbuat.az

Bakı. 9 aprel. REPORT.AZ/ Belarus Dövlət Universitetitinin (BDU) nümayəndə heyəti Azərbaycana səfər edəcək.


Belarusun Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, səfər aprelin 16-18-də baş tutacaq. 


Səfər zamanı BDU-nun beynəlxalq əlaqələr üzrə idarəsinin rəis müavini Konstantin Makareviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın ali məktəblərinin nümayəndələri ilə görüşlər keçirəcək. Həmçinin bir sıra məktəblərdə təqdimatların keçirilməsi nəzərdə tutulub.