Sosial

​Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib

Metbuat.az

Bakı. 19 aprel. REPORT.AZ/ Gecə saatlarında Bakının Xəzər rayonunda vətəndaşa məxsus tikilinin dam örtüyü və içərisinə yığılmış əşyalar yanıb.


"Report" xəbər verir ki, yaxınlıqdakı tikililər və transformator yanğından mühafizə olunub.


Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.