Sosial
Bakının layihələndirilməsində yenilik
Bakı landşaft memarlığı əsasında layihələndiriləcək
Milli.Az
Bakı şəhərinin müasir landşaft memarlığı əsasında layihələndirilməsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutu da iştirak edəcək.
AMEA Dendrologiya İnstitutu ilə Bakı Şəhər Yaşıllaşdırma Departamenti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Akademiyadan
Trend-ə verilən məlumata görə, sənədə əsasən, tərəflər Bakı şəhərinin müasir landşaft memarlığı əsasında layihələndirilməsi, növlərin seçilməsi, morfoloji, ekoloji və dekorativlik xüsusiyyətlərinə görə qruplaşdırılması, davamlı senozların yaradılması və bərpası istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Milli.Az