Sosial

Bakının daha bir küçəsində təmir gedir (FOTO)

Metbuat.az

Bakının daha bir küçəsində təmir işləri apaırılır.



ANS PRESS xəbər verir ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Xətai rayonunun Sadıqcan küçəsində təmir işləri aparılır.



"Uzunluğu 1000 metr, eni 14 metr olan Sadıqcan küçəsində köhnə asfalt-beton örtüyü artıq qaşınıb, hazırda yeni asfalt-beton örtüyünün vurulması işləri gedir".



Onun sözlərinə görə, bu gün axşam saatlarınadək küçənin 500 metr məsafəsində işlər yekunlaşacaq.







Mənbə
ANS PRESS