Sosial

Bakılı avtoş Kiyevdə maşın aşırdı (FOTO)

Metbuat.az

Ukraynanın paytaxtı Kiyev şəhərində Boşaqovski küçəsi 9a ünvanında "Volkswagen Polo" aşıb.



ANS PRESS-in məlumatına görə, bu barədə Kiyev şəhər Dövlət avtomobil inspektorluğu idarəsi xəbər yayıb.



Hadisə şahidlərinin dediyinə görə maşın İndustrialnı yol ayrıcından mərkəzə tərəf yol almışdı. Sürücünün yüksək sürət səbəbindən magistral yolda idarəetməni itirdiyi güman olunur. Maşın sağa tərəf sürüşərək səkiyə dəyrək aşıb. Daha sonra arxası və sol kənarı ilə sürüşüb. Qəzaya uğrayan maşın ancaq işıq dirəyinə dəydikdən sonra dayanıb.



Başlanğıcından sonuna qədər Maşının sürüşmə izi 200 metrə dək uzanır.



Hadisə yerinə gələn milis əməkdaşları ilk olaraq müəyyənləşdiriblər ki, sərnişinlərdən biri maşından uçaraq yola maşının qabağına düşüb. Maşın onu vurmasa da adı açıqlanmayan sərnişin ciddi xəsarət alıb. Onda açıq kəllə beyin, sinə və qarın travmaları və diz qırığı müəyyənləşib.



Bakı nömrə nişanlı "Volkswagen"in 19 yaşılı sürücüsünün də adı açıqlanmır. Bakılı avtoş xastəxanaya çatdırılmaqdan da imtina edib.



Qəzanın baş vermə versiyalarından biri də budur ki, hadisə bir neçə avtoşun yarış keçirməsi zamanı baş verib.























Mənbə
ANS PRESS