Sosial

Bakıda yaşayış evində partlayış baş verib

Metbuat.az

Bakı. 2 aprel. REPORT.AZ/ Bakıda yaşayış evində partlayış baş verib. "Report"

Daxili İşlər Nazirliyi

nin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində Ofeliya Məmmədovaya məxsus evdə qeydə alınıb. Partlayışa təbii qaz sızması səbəbindən baş verib. Hadisə nəticəsində O.Məmmədovanın evində olan şəxslər, Xaçmaz rayon sakinləri Ayaz Bəşirov və Ruhəddin Kərimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.


Hadisə ilə bağlı araşdırmalar aparılır.