Mədəniyyət

Bakıda və regionlarda “oxu günü” keçiriləcək

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

 


Aprelin 25-də Kitabevim.az kitab mağazaları şəbəkəsində Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Nərimanov rayon İcra Hakimiyyəti və “Hədəf” nəşrləri MMC-nin təşkilatçılığı ilə “oxu günü” keçiriləcək.


Nazirlikdən

AZƏRTAC

-a bildirilib ki, layihənin ideya müəllifi və rəhbəri filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir.


Belə bir layihənin həyata keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.


Gələcəkdə layihənin respublikamızın bütün bölgələrində həyata keçirilməsi nəzərdə tutulur.