Mədəniyyət
Bakıda üçüncü əl işləri festivalı keçiriləcək
Bakı, 15 aprel,
AZƏRTACAprelin 24-25-də “Kapelhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzində “Bəzək” Yaradıcı İnsanlar Birliyinin (İB) təqdimatında üçüncü əl işləri festivalı keçiriləcək.
İB-dən
AZƏRTAC-a bildirilib ki, festival qədimlik və müasirlik mövzusuna həsr edilib. Təqdim ediləcək işlər arasında tikmə, toxuculuq, ağac oyma, zərgərlik, sabun hazırlama, rəssamlıq, xalçaçılıq və s. yer alacaq.
Festivalda 40-dan artıq sənətkarın iştirakı gözlənilir. Müxtəlif yaş qrupuna aid olan bu insanları eyni bir maraq birləşdirir: yaradıcılığa sevgi və xalqımızın qədimlik ənənənələrinin müasirliyə gətirilməsi. Bu insanlar arasında tələbələr, ofis işçiləri, evdar qadınlar, təqaüdçülər və s. öz işlərini təqdim edəcəklər.