Mədəniyyət

Bakıda Türkiyənin "Reyhani" qrupunun konserti keçiriləcək

Metbuat.az

Bakı. 1 aprel. REPORT.AZ/ Bakıda Türkiyənin Mardin şəhərindən olan "Reyhani" qrupunun konserti keçiriləcək.


"Report" xəbər verir ki, konsert Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət şöbəsinin dəstəyi ilə keçiriləcək. 


Konsert aprelin 3-də saat 19.30-da Rəşid Behbudov adına Mahnı teatrında baş tutacaq.