Sosial
Bakıda tüfeyli həyat tərzi keçirən şəxs qətl törədib
Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda qətl hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, 45 yaşlı Rafiq Ağayevin üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb. Hadisədən sonra əraziyə polis və prokuroroluq orqanlarının əməkdaşları cəlb edilib. Keçirilən əməliyyat zamanı R.Ağayevin tanışı 1972-ci il təvəllüdlü Kupyorkin Vladimir Viktoryeviç tərəfindən qətlə yetirilməsi məlum olub və o saxlanılaraq istintaq təqdim edilib. Faktla bağlı Səbail Rayon Prokuroroluğunda cinayət işi başlanılıb.
Qeyd edək ki, qətlə yetirilən və hadisəni törədən şəxslərin spirtli içki aludəçisi olduğu bildirilir, onlar tüfeyli həyat tərzi keçirirmiş.