Sosial

Bakıda silsilə cinayətlər törədən Türkmənistan vətəndaşı tutuldu

Metbuat.az

Bakıda oğurluq hadisələri törədən şəxs saxlanılıb.



ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, əməliyyat Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.



Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Suriya vətəndaşı Said Almohammada məxsus noutbuku oğurlamış Türkmənistan vətəndaşı Ağabala Rzayev tutulub.



Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 5-də İran vətəndaşı Murad Əlizadə-Yeganiyə məxsus noutbuku oğurlayıb. Habelə, aprelin 15-də Salyan rayon sakini Əhməd Məmmədovun mobil telefonunu oğurlaması da müəyyən edilib.



Faktla bağlı araşdırma aparılır

Mənbə
ANS PRESS