Sosial

Bakıda silahlı quldurluq edən ofisiantlar tutulub

Metbuat.az

Bakı. 3 aprel. REPORT.AZ/ Bu ilin yanvar ayında Bakının Binəqədi rayonunda yerləşən marketlərdən birinə basqın edən şəxlər saxlanılıb. "Report"un məlumatına görə, əməliyyat zamanı mağazaya basqın etməkdə şübhəli bilinən 18 yaşlı İsmayılov Zahid Mehman oğlu və onun həmyaşıdı Əsədli Elnur Ömər oğlu tutulub. Onlar hadisə günü mağazada satıcının yatmasından istifadə edərək ora daxil olublar. Bıçaqla satıcıya xəsarətlər yetirən E.Əsədli və Z.İsmayılov kassadan 120 manat pul götürərək hadisə yerindən qaçıblar. Onlar təxminən 3 aya yaxın istintaqdan yayınıblar. E.Əsədli və Z.İsmayılov bu müddət ərzində Qazax rayonunda gizləniblər. Hadisə ilə bağlı saxlanılan şəxslər barəsində Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Qeyd edək ki, E.Əsədli və Z.İsmayılov sinif yoldaşı olublar və onlar hadisədən əvvəl birlikdə restoranlarda ofisiant işləyiblər.