Sosial
Bakıda "Qasid"dən oğurluq edən dəstə saxlanılıb
Bakı. 3 aprel. REPORT.AZ/ Bakıda "Qasid" firmasından oğurluq edən 5 nəfərdən ibarət dəstə saxlanılıb.
"Report"un məlumatına görə, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Əfsun Ələkbərov, Əliyar Əsgərov, Cavidan Zeynalov, İmadəddin Mahmudlu və Natiq Əsgərov tutulub. Araşdırma zamanı dəstə üzvlərinin Bakının Yasamal və digər rayonlarında mağaza və gözəllik salonlarından silsilə oğurluqlar etdikləri məlum olub. Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq zamanı dəstə üzvlərinin başqa oğurluqlarda iştirak edib-etmədikləri də məlum olacaq.