Sosial

Bakıda qadınlar biabırçı şəkildə kameraya düşdülər

Metbuat.az

Bakının Xəzər rayonunda mağazalarda oğurluq edən qadınlar tutulublar.



Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qadınları müşahidə kameraları vasitəsilə tutublar.



Belə ki, aprelin 16-da saat 11 radələrində, Şağan qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Janna Nikolayevna Məmmədova və 1969-cu il təvəllüdlü Məhəbbət Mirzə qızı Məmmədova Rauf Qasımova məxsus qeyd olunan qəsəbədə yerləşən mağazadan ərzaq məhsulları oğurlayan zaman kamera görüntüsünə düşüblər.



Onlar aprelin 17-də onlar təkrar mağazadan oğurluq edərkən tutulublar.



Onları Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları saxlayıb.



Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS