Sosial

Bakıda qadının oğurluq barədə polisə yalan məlumat verdiyi məlum olub

Metbuat.az

Bakı. 14 aprel. REPORT.AZ/ Bakıda qadının oğurluq barədə polisə yalan məlumat verdiyi məlum olub. "Report"

Daxili İşlər Nazirliyi

nin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, aprelin 13-də Salyan rayon sakini Aynur Məcidova polisə şikayət edib. O bildirib ki, aprelin 8-dən 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evdən qapının qıfılını sındırılmaq yolu ilə qızıl, geyim və məişət əşyaları oğurlanıb. Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırma zamanı A.Məcidovanın evindən oğurluq hadisəsinin baş verməməsi və onun polisə bilə-bilə yalan məlumat verməsi müəyyən edilib.


Polisi aldatmaq istəyən qadın barədə toplanmış material rayon prokurorluğuna göndərilib.