Sosial
Bakıda qadına qarşı 4 ay əvvəl soyğunçuluq edən şəxslər saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 22-də saat 21 radələrində, S.Axundov küçəsində Gəncə şəhər sakini Türkan Məmmədovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinənlər - Neftçala rayon sakini 1993-cü il təvəllüdlü İsmət Süleyman oğlu Abbasov və Ağsu rayon sakini 1994-cü il təvəllüdlü Röyal Qədir oğlu Mehdiyev tutulub.
Saxlanılan şəxslər barəsində başlanan cinayət işinin istintaq davam etdirilir.