Sosial
Bakıda meyit aparan avtomobil qəza törədib
Bakı. 1 aprel. REPORT.AZ/ Bakının Xətai rayonunda meyit aparan avtomobil qəza törədib. "Report"un məlumatına görə, hadisə Afiyəddin Cəlılov küçəsində baş verib. Qəza zamanı yas mərasimləri üçün istifadə olunan "Hyundai" markalı mikroavtobusla, əks istiqamətdə hərəkət edən "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində sürücülər xəsarət almasa da avtomobillərə ciddi ziyan dəyib. Qəza ilə bağlı Xətai Rayon Dövlət Yol Polis Şöbəsində araşdırma başlanılıb.