Sosial
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı. 2 aprel. REPORT.AZ/ Bakıda mənzildən qadın meyiti tapılıb. "Report"un
Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə vətəndaş bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və vətəndaşın cəsədini aşkar ediblər. Naməlum qadın cəsədi aidiyyəti üzrə təhvil verilib.