Mədəniyyət
AZƏRTAC
Bakıda “Kişilər. Gizli dinlənənlər” tamaşası göstəriləcək
Bakı, 11 aprel,
AZƏRTACAprelin 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Kişilər. Gizli dinlənənlər” tamaşası göstəriləcək.
AZƏRTAC
xəbər verir ki, qadın rolu olmayan, dostluq və incəsənət haqqında bu qəribə komediya 1994-cü ildə Yasmina Reza tərəfindən qələmə alınıb. Pyes tezliklə 35 dilə tərcümə edilib və ilin sensasiyası adlandırılıb. Əsər Fransanın ən nüfuzlu “Comedie des Champs Elysees” teatrında səhnələşdirilib.
1997-ci ildə isə fransız rejissor Patris Kerbrat tamaşanın rus variantını səhnələşdirib. Rolları İqor Kostolevski, Mixayıl Yanuşkeviç və Mixayıl Filippov canlandırıblar. O vaxtdan tamaşa ölkənin müxtəlif teatrlarında səhnəyə qoyulur. Lakin tənqidçilərin fikrincə, ilk tamaşa ən yaxşı tamaşa olaraq qalır.