Sosial
ANS PRESS
Bakıda keçmiş məhbus iki qardaşı qanına qəltan etdi
Bakıda iki qardaş bıçaqlanıb.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə aprelin 18-də saat 00:30 radələrində Binəqədi qəsəbəsi 1-ci mədən küçəsində qeydə alınıb.
Həmin ünvanda Elnur Nəsirova və qardaşı Orxan Nəsirova bıçaq xəsarətləri alıblar. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Məlumat daxil olan kimi Binəqədi rayon Polis İdarəsinin və 4-cü polis bölməsi əməkdaşları əməliyyat keçiriblər.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1968-ci il təvəllüdlü Tehran Zahid oğlu Səlimov tutulub.
Araşdırmalar zamanı saxlanılan şəxsin əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.
Faktla bağlı araşdırmalar davam edir.
MənbəANS PRESS