Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar muzeylər gecə saatlarına kimi açıq olacaq
Bakı, 8 aprel,
AZƏRTACBakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar bütün muzeylər uzadılmış iş rejimə keçəcək. Məsələn, Azərbaycan Xalça Muzeyi gecə saat 1-2 iradələrinə kimi işləyəcək. Hazırda teatrlarda tərcümə sistemi (rus və ya ingilis dillərində) qurulur, bələdçilər hazırlanır. Nazirlik bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıq edir. Biz Avropa Oyunları ərəfəsində küçələrdə xırda şou və təqdimatlar keçirməyi planlaşdırırıq.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev media mənsubları ilə görüşdə səsləndirib.
Nazirin sözlərinə görə məqsəd Azərbaycanı ölkə olaraq dünyaya tanıtmaq, dünya informasiya məkanında adının səsləndirilməsi və bura gələn hər bir qonağın razı getməsidir.