Sosial
Bakıda itkin düşən şəxsin dərmandan zəhərləndiyi məlum olub
Bakı. 15 aprel. REPORT.AZ/ Bakıda itkin düşən şəxsin dərmandan zəhərləndiyi məlum olub. "Report"
Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də itkin düşən Yan Raznabarskinin həmin gün dərmandan zəhərləndiyi və xəstəxanaya yerləşdirildiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.