Sosial
Milli.Az
Bakıda iki böyük prospekti birləşdirən yol əsaslı təmirə dayandı - VİDEO
Bakıda iki əsas prospekti - Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən
Ələsgər Qayıbovküçəsinin əsaslı yenidənqurma işlərinə başlanılıb. Bu barədə
Trend-ə "Azəryolservis" ASC-nin mətbuat katibi
Pünhan Mürsəliyevdeyib.
Onun sözlərinə görə, Sovet dövründə köhnə texnologiya və normativlərlə inşa olunan həmin küçədə drenaj xətti olmadığı üçün yol örtüyünün səthində çoxsaylı gölməçələr yaranırdı ki, bu da yol örtüyünün deformasiyası və dağılmasına səbəb olmuşdu, həmçinin avtomobillərin hərəkətinə maneə törədir.
P.Mürsəliyev bildirib ki, yolun əhəmiyyəti nəzərə alınaraq bu gündən yolda təmir işlərinə başlanılıb. İki gediş və iki gəlişdən ibarət küçə əsaslı şəkildə yenidən qurulacaq.
Milli.Az