Sosial
Milli.Az
Bakıda ictimai nəqliyyatın iş rejimi dəyişdirilir
I Avropa Oyunları zamanı ictimai nəqliyyat 20 saatlıq iş rejiminə keçəcək. Bunu
Trend-ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Namiq Həsənovdeyib.
Onun sözlərinə görə, eyni zamanda Avropa Oyunları ilə bağlı 300 avtobus xəttə buraxılacaq. Bundan başqa, ekspress avtobuslar fəaliyyət göstərəcək. Oyunları izləmək istəyən tamaşaçılar avtomobilləri yalnız parketmə yerlərində saxlaya biləcəklər. Oradan isə ekspress avtobuslarla lazımi obyektlərə aparılacaqlar.
N.Həsənov deyib ki, qanunsuz taksi növlərinə tam qadağa qoyulacaq. Parketmə işlərinə nəzarət gücləndiriləcək.
Milli.Az