Sosial

Bakıda evdən 90 min manat oğurlayan şəxs saxlanılıb

Metbuat.az

"Report"

Daxili İşlər Nazirliyi

nin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Nağı Abdinovun evindən 90 000 manat oğurlayan Yevlax rayon sakini Kənan Bəkirov tutulub.


Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.