Sosial

Bakıda ər əvvəlcə həyat yoldaşını daha sonra özünü bıçaqlayıb

Metbuat.az

Bakı. 9 aprel. REPORT.AZ/ Bakının Binəqədi rayonunda dəhşətli hadisə baş verib. "Report"un məlumatına görə, ər əvvəlcə həyat yoldaşını bıçaqlayıb, daha sonra isə özünə xəsarət yetirib. Hadisə 8-ci mikrorayon ərazisində "Elit" ticarət mərkəzinin yaxınlığında yerləşən hübdürmərtəbəli binaların birində qeydə alınılb. İlkin məlumata görə, Nigar Mirzəyevaya həyat yoldaşı Təhmasib Mirzəyev yaşadıqları mənzildə mübahisə zamanı bıçaq xəsarətləri yetirib. Həyat yoldaşının öldüyünü zənn edən T.Mirzəyev bundan sonra özünü də bıçaqlayıb. Yaranan səs-küyə hadisə yerinə gələn qonşular hadisə yerinə təcili tibbi yardım çağırıblar. Hər iki yaralı ağır vəziyyətdə 1 Saylı Şəhər Kllinik Xəstəxanasına çatdırılıb. Yaralılar dərhal əməliyyat olunub. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi və 5-ci Polis Bölməsində araşdırma aparılır.