Sosial
Bakıda ər arvadını bıçaqlayaraq qaçıb
Bakı. 20 aprel. REPORT.AZ/ Bakıda 62 yaşlı qadın bıçaqlanıb. Suraxanı Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, hadisə rayonun Suraxanı qəsəbəsi,
Samir Əliyev küçəsi-31A ünvanında baş verib
Belə ki, həmin ünvanda yaşayan 1953-cü il təvəllüdlü Sadıqova Tamara Məhəmməd qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı Suraxanı RPİ və 31-ci Polis Bölməsinə məlumat verilib. İlkin ehtimala görə, T.Sadıqova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Arvadını bıçaqlayan ərin tutularaq məsuliyyətə cəlb oluması istiqamətində axtarışlar davam etdirilir.