Sosial

Bakıda daha bir yeniyetməni elektrik cərəyanı vurub

Metbuat.az

"Report"un məlumatına görə, Sabunçu rayonunun Elşən Mehdiyev küçəsi-30 ünvanında yaşayan 14 yaşlı Rabilov İlkin Vəli oğlunu elektrik cərəyanı vuraraq yandırıb.


Hadisə zərərçəkən evə gedən zaman transformatorun yanından keçərkən baş verib. Nəticədə elektrik cərəyanı İ.Rabilovu vuraraq bir neçə metr kənara tullayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırmalar aparılır.