Sosial

Bakıda daha bir küçə təmir edilir

Metbuat.az

Yasamal rayonunda yerləşən Şəfayət Mehdiyev küçəsində təmir işlərinə başlanılıb. Lent.az-ın "Azəryolservis" ASC-yə istinadən məlumatına görə, hazırda səki daşlarının dəyişdirilməsi işləri həyata keçirilir. Nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra  köhnə asfalt-beton örtüyü yenilənəcək.

Yaxın zamanlarda  tikinti altına düşən maneələri köçürmək mümkün olarsa, sözügedən küçənin Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsi 4 hərəkət zolağına uyğun yenidən qurulacaq. Hazırda tikinti altına düşən maneələrin köçürülməsi  üçün aidiyyatı qurumlarla  birgə işlər aparılır.