Mədəniyyət

Bakıda Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə sərgi keçiriləcək

Metbuat.az

"Müharibədən sülhə" adlı foto-sərgi Türkiyənin Azərbaycandakı səfirliyi, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi, Azərbaycanın

Mədəniyyət və Turizm Nazirliyi

, Azərbaycan İstiqlal Muzeyi və Atatürk Mərkəzinin birgə təşəbbüsü ilə baş tutacaq.


Sərginin açılışında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun da iştirak edəcək.


Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyində keçiriləcək sərginin açılışı aprelin 14-də olacaq və aprelin 21-nə qədər davam edəcək.