Sosial

Bakıda bu yolda təmir aparılır

Metbuat.az

Biləcəri qəsəbəsinin Rəşid İsmayılov küçəsində işlər davam etdirilir.

Nəqliyyat Nazirliyi“Azəryolservis” ASC-nin mətbuat katibliyindən APA-ya verilən məlumata görə, bazar günü nəqliyyatın azlığı nəzərə alınaraq işlər daha intensiv şəkildə aparılır.

Uzunluğu 335 m olan küçənin 235 m hissəsində 12 m enində genişləndirilmə işləri həyata keçirilib.

Həmin hissədə torpaq yatağı yenidən tikilərək 1 qat asfalt-beton örtük döşənib. Ərazidə yerləşən dairənin diametri 34 m-dən 22 m-ə qədər kiçildilib. Bundan əlavə Avtovağzal istiqamətində deformasiyaya uğramış yerlər yenidən bərpa olunur.

Hazırda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınması  işləri aparılır.