Bakıda bu yol yenidən qurulacaq (FOTO)
Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlkin İzzət/
Bakının Yasamal rayonunda yerləşən Şəfaət Mehdiyev küçəsində təmir işlərinə başlanılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, hazırda səki daşlarının dəyişdirilməsi işləri həyata keçirilir. Nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra köhnə asfalt-beton örtüyü yenilənəcək.
Yaxın zamanlarda tikinti altına düşən maneələri köçürmək mümkün olarsa, sözügedən küçənin Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsi 4 hərəkət zolağına uyğun yenidən qurulacaq.
Hazırda tikinti altına düşən maneələrin köçürülməsi üçün aidiyyəti qurumlarla birgə işlər aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az