Sosial

Bakıda avtoxuliqanlıq etdiyi üçün saxlanılan şəxsin narkotik vasitələr aludəçisi olduğu məlum olunub

Metbuat.az

Bakı. 8 aprel. REPORT.AZ/ Bakıda avtoxuliqanlıq edən şəxsin narkoman olduğu aşkarlanıb.


"Report"

Daxili İşlər Nazirliyi

nin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Elşad Novruzov idarə etdiyi "Nissan" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının İsmayıllı rayonu ərazisindəki daimi postunda saxlanılıb və bu zaman 2 sərnişini avtomobildən düşərək qaçıb. Avtomobilə baxış zamanı 241,49 qram marixuana götürülüb. E.Novruzov müayinədən keçirilib və onun narkotik vasitənin təsiri altında olması müəyyən edilərək İsmayıllı Rayon Polis Şöbəsinə təhvil verilib.


Hadisə ilə bağlı araşdırma aparılır