Sosial

Bakıda 30-a yaxın səyyar tualet quraşdırılacaq

Metbuat.az

Səyyar tualetlər Avropa Oyunlarının keçiriləcəyi idman arenalarına yaxın ərazilərdə istifadəyə veriləcək

I Avropa Oyunları ərəfəsində Bakıda 30-a yaxın səyyar tualet quraşdırılacaq. Bu barədə Lent.az-a Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidməti Nailə Məmmədova məlumat verib.
 
BŞİH mətbuat xidmətinin rəhbəri bildirib ki, səyyar tualetlər oyunların keçiriləcəyi idman arenaların yaxın ərazilərdə insanların istifadəsinə veriləcək.