Sosial
Bakıda 3 ay əvvəl metroda qadının telefonunu oğurlayan şəxs saxlanılıb
"Report"
Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Viktoriya Maksimovanın mobil telefonunu oğurlayan Cəlilabad rayon sakini, əvvəllər məhkum olunan Araz Qiyasov tutulub.
Faktla bağlı araşdırmalar aparılır.