Sosial

Bakı sakininin 18 min manatdan artıq pulu və qızıl-zinət əşyaları oğurlanıb

Metbuat.az

Bakı. 13 aprel. REPORT.AZ/ Bakı sakininin 18 min manatdan artıq pulu və qızıl-zinət əşyaları oğurlanıb.


Bu barədə "Report"a Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.


Səbail Rayon Polis İdarəsi 8-ci Poli Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səyavuş Aslanovun F.Mirzəyev küçəsində yerləşən evindən, pəncərəni sındırmaqla içərisində 18 min 600 manat və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakinləri - 1992-ci il təvəllüdlü Qasım Bəylər oğlu Qüdrətli və 1993-cü il təvəlüdlü İlqar Nazim oğlu Aslanov tutulublar. 


Hadisə ilə bağlı araşdırmalar aparılır.