Sosial
Bakı sakini sirkə turşusundan zəhərlənərək ölüb
Bakı. 21 aprel. REPORT.AZ/ Bakıda bir nəfər sirkə turşusundan zəhərlənərək ölüb. "Report"
Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində yaşayan Bakı şəhər sakini İlqar Bağırov sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.