Sosial

Bakı sakini avtobusla hasarın arasında qalaraq ölüb

Metbuat.az

Bakı. 2 aprel. REPORT.AZ/ Sabunçu rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.


“Report” 

Daxili İşlər Nazirliyi

nin (DİN) rəsmi saytına istinadən xəbər verir ki,  Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Vidadi Əlimanov özünə məxsus “Mercedes” markalı avtobusun qabaq şüşəsini silərkən avtobus hərəkətə gəlib və nəticədə o, avtobusla hasarın arasında qalaraq ölüb.


Hadisə ilə bağlı araşdırmalar aparılır.