Sosial

Bakı metrosunda YENİLİK

Metbuat.az
Bakıda keçiriləcək I Avropa Oyunları zamanı Bakı Metropolitenində iş rejimi dəyişdiriləcək

Bunu

Trend

-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Nəsimi Paşayev

deyib.



Şöbə rəisinin sözlərinə görə, hələlik dəyişiklik Oyunların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərə aid edilir: “I Avropa Oyunları zamanı sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə iyunun 12-dən 28-dək Bakı metrosunda iş vaxtı 01:00-a qədər artırılacaq. I Avropa Oyunlarının açılış və bağlanış günü isə metronun iş saatı gecə saat 02:00-a qədər uzadıla bilər. Əgər rəsmi qərar olarsa, bu vaxtın daha da uzadılması istisna edilmir”.



Xatırladaq ki, hazırda metro səhər saat 06:00-dan gecə saat 00:00-a kimi işləyir.



Milli.Az