Bakı küləyi yük maşınlarını aşırdı (VİDEO)
Paytaxt ərazisində ağırtonnajlı yük maşını küləyə tab gətirə bilməyərək aşıb.
ANS TV-nin məlumatına görə, yol-nəqliyyat hadisəsi Bakı -Ələt yolunun 19-cu kilometrliyində Qaradağ rayonu ərazisində baş verib. Bolqarıstan vətəndaşı Nikolay Georgiyevic Kurkovun idarə etdiyi ağırtonnajlı yük maşını Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman aşıb. Belə ki, maşının yük hissəsi boş olub, elə bu da avtomobilin aşmasına səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmasa da yolda tıxac yaranıb. Qəzadan sonra maşının yanacaq çəni zədə gördüyü üçün ətrafa tezalışan maddə dağılıb. Buna görə də, qabaqlayıcı tədbir kimi əraziyə yanğınsöndürənlər çağırılıb.
Həmin yolun əks tərəfində də eyni hadisə qeydə alınıb. Bu dəfə də qoşqulu yük maşını olub. Hadisə şahidlərindən verilən məlumata görə, qəza zamanı xəsarət alan olmasa da, avtomobilə maddi ziyan dəyib.
ANS TV, Ruslan Eldaroğlu