Sosial

Bakı-2015-dək bulvar uzadılacaq - VİDEO

Metbuat.az
Bu işlər may ayının axırına kimi tamamlanacaq

I Avropa Oyunlarına qədər Bakı bulvarı daha 6 km uzadılacaq.



ANS TV-nin məlumatına görə, Bakı bulvarının ərazisi Bayraq Meydanından 20-ci Sahəyə qədər, eləcə də Dəniz vağzalından Nobel prospekti istiqamətində uzadılır. Hər iki istiqamətə ümumilikdə 6 km uzadılan bulvar ərazisində hazırda son təmir-tikinti işləri aparılır. Burada oturacaqlar qoyulub, işıqlandırma sistemləri qurulur. Artıq İdman Sarayından Bayraq Meydanına qədər olan genişlənmiş 2 km ərazisi Bulvar İdarəsinə verilib.



Dənizkənarı Bulvar İdarəsinin rəis müavini

Nazim Məcidov

deyir ki, bu işlər may ayının axırına kimi tamamlanacaq. Köhnə bulvar ərazisində olan hər şərait təzə bulvarda da qurulacaq.



Nazim Məcdov bildirdi ki, Avropa Oyunları zamanı bulvar ərazisində üç yerdə - Bakı İdman Sarayında, “Crystal Hall” İdman Konsert Kompleksi və Su Oyunları İdman Salonunda yarışlar keçirildiyinə görə, bulvara həmin dövrdə gələcək insanların, xüsusilə xarici qonaqların da sayı artacaq. Buna görə də idarə bu oyunlara xüsusi tədbirlər planı əsasında hazırlaşır.



Qeyd edək ki, Dənizkənarı Milli Park uzun illər 3,5 km olub. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi ərəfəsində bulvar daha 2 km uzadıldı. Hazırda onun uzunluğu 6 km-ə yaxındır.



Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin