Mədəniyyət

Azərbaycanlı vokalçı Frankfurtda çıxış edəcək

Metbuat.az

Bakı, 6 aprel,

AZƏRTAC

Azərbaycanın Əməkdar Artisti, Moskvadakı Böyük Teatrın solisti, soprano Dinara Əliyeva Frankfurt Opera Teatrında çıxış edəcək.


AZƏRTAC

ifaçının saytına istinadla xəbər verir ki, həmvətənimiz mayın 14-də və mayın 25-də Frankfurt Opera Teatrında təqdim olunacaq Cakomo Puççininin “Bohema” operasında Mimi obrazını yaradacaq.