Mədəniyyət

Azərbaycanlı rejissorlar Antalya şəhərində keçirilən film festivalında iştirak ediblər

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Türkiyənin Antalya şəhərində VII Rofife Rotary qısa film festivalı keçirilib.


Mədəniyyət və Turizm Nazirliyindən

AZƏRTAC

-a bildirilib ki, festivalda ölkəmizi fəxri qonaq qismində tanınmış kino xadimi Ayaz Salayev və gənc rejissor Amil Məmiyev təmsil ediblər.


Festival çərçivəsində A.Salayevin gənc kinoşünaslar üçün ustad dərsi təşkil olunub. Eyni zamanda Aralıq Dənizi Universitetində “Keçmişdən günümüzə Azərbaycan kinosu” mövzusunda təşkil olunan konfransda təmsilçilərimizin ölkəmizin kina sənayesinin tarixi və bu günü ilə bağlı məruzələri dinlənilib.